İQTİSADİYYAT


Rabitə obyektlərinin səmərəli mühafizəsinə görə bir qrup əməkdaş mükafatlandırılıb

Bakı, 14 sentyabr, AZƏRTAC

Rabitə obyektlərinin səmərəli mühafizəsinə görə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) strukturuna daxil olan Hərbiləşdirilmiş Mühafizə İdarəsi Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) bir qrup əməkdaşı mükafatlandırılıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Hərbiləşdirilmiş Mühafizə İdarəsinin yaradılmasının 20 illiyini nəzərə alaraq, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin əmri ilə səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa rütbə verilib və fəxri fərmanla təltif edilib.

Rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi məqsədilə 1997-ci ilin sentyabr ayında Hərbiləşdirilmiş Mühafizə İdarəsi yaradılıb. İdarənin NRYTN-in strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumların və mühafizə olunan başqa rabitə və qeyri-rabitə obyektlərində mühafizəni, obyektlərə nəzarət-buraxılış rejimi və yanğın təhlükəsizliyinə nəzarətin həyata keçirilməsini təmin edir.

Bu gün MMC 845 nəfərlə 211 rabitə və qeyri-rabitə obyektlərinin mühafizəsini həyata keçirir. Həmin mühafizə olunan obyektlərin 81-i Bakı şəhərində, 130-u isə respublikanın digər şəhər və rayonlarında yerləşir.

İdarənin yetişdirdiyi gənc mühafizəçilər idmanın müxtəlif növləri üzrə ümumrespublika, Avropa və dünya çempionatlarında layiqli qələbələr əldə ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.