İQTİSADİYYAT


Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Formula-1 yarışlarına hazırlıq işlərini başa çatdırıb

Bakı, 16 iyun, AZƏRTAC 

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin kollektivi iyunun 17-dən 19-dək Bakıda keçiriləcək Formula-1 üzrə Avropa Qran-pri yarışlarına tam hazırdır.

AZƏRTAC xəbər verir ki, nazirlik tərəfindən təşkilati və oyun məkanlarına birbaşa və alternativ istiqamətlərdən fiber-optik kabellərin çəkilməsi, optik kabellərdən ödənişsiz istifadəyə şəraitin yaradılması, oyunların keçirilməsinə tələb olunan radiotezliklərin tam və ödənişsiz ayrılması və digər öhdəliklər tamamilə başa çatdırılıb.

Bakı şəhər halqası əməliyyat komitəsi tərəfindən təqdim edilən plana əsasən, qarşıya qoyulan məsələlər nəzərdə tutulan müddətdə icra edilib. Hazırlıq müddəti ərzində oyunların telekommunikasiya xidmətləri və radiotezliklərlə təchizatı istiqamətində bir sıra mühüm tədbirlər həyata keçirilib. Oyunlara hazırlıqla əlaqədar istifadəçilərin yüksək keyfiyyətli mobil telekommunikasiya xidmətləri və internetlə təmin edilməsi məqsədilə respublikamızda fəaliyyət göstərən mobil operatorların xidmət keyfiyyətlərinin monitorinqi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.