İQTİSADİYYAT
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bayram günlərində şəbəkələrin fasiləsiz işini təmin edəcək
Bakı, 30 dekabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ərəfəsində rabitə, internet, televiziya, radio və poçt əlaqəsi xidmətlərinin göstərilməsi üzrə fasiləsiz iş təmin olunacaq.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu məqsədlə dövlət operatorlarının telekommunikasiya qovşaqları bayram günlərində gücləndirilmiş iş rejimində işləyəcək. Həmçinin abonentlərin rahatlığının təmin olunması üçün əlavə tədbirlər nəzərdə tutulur. Baş verə biləcək problemlərin operativ aradan qaldırılması məqsədilə təhlükəsizlik xidməti gücləndiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]