İQTİSADİYYAT


Rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxs təltif edilib

Bakı, 6 dekabr, AZƏRTAC

Dekabrın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə bir qrup şəxsin təltif edilməsi ilə bağlı sərəncamlar imzalayıb.

AZƏRTAC xəbər verir ki, sərəncamlara əsasən bir nəfər 3-cü dərəcəli “Əmək” ordeni, 18 nəfər isə “Tərəqqi” medalı ilə təltif olunub.

Həmçinin Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində səmərəli fəaliyyətinə görə 9 nəfərə “Əməkdar mühəndis” fəxri adı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.