REGİONLAR
Rabitə və yüksək texnologiyalar naziri şimal bölgəsində vətəndaşların müraciətlərini dinləyib VİDEO
Xaçmaz, 10 iyun, Elxan Yusifli, AZƏRTAC
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir.
AZƏRTAC xəbər verir ki, iyunun 10-da rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Xaçmaz şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyində şimal bölgəsindən olan vətəndaşların müraciətlərini dinləyib. Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda Quba, Qusar, Xaçmaz, Xızı, Siyəzən və Şabran rayonlarında, eləcə də Sumqayıt şəhərində yaşayan vətəndaşlar iştirak ediblər.
Müraciətlər əsasən, telekommunikasiya, internet, poçt, radio və televiziya yayımı xidmətləri, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşların müraciətlərində qaldırılan problemlərin əksəriyyəti yerində həllini tapıb. Nazir Ramin Quluzadə digər müraciətlərin həlli ilə bağlı müvafiq strukturların rəhbərlərinə tapşırıqlar verib.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə bağlı müraciətlərin isə qeydiyyata alınaraq müvafiq qurumlara göndərilməsi təmin olunacaq.