İQTİSADİYYAT
Rabitə xidmətlərindən əldə edilən gəlirin 48,3 faizi mobil telefon rabitəsi sahəsində formalaşıb
Bakı, 17 iyun, AZƏRTAC
2017-ci ilin yanvar-may ayları ərzində informasiya və rabitə müəssisələri 676,2 milyon manatlıq xidmət göstərib ki, onun da 72,0 faizi əhali tərəfindən istehlak olunub. 2016-cı ilin eyni dövrü ilə müqayisədə informasiya və rabitə xidmətlərinin dəyəri real ifadədə 4,9 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 81,3 faizi qeyri-dövlət sektorunun payına düşüb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xidmətlərdən əldə edilən gəlirin 48,3 faizi və ya 326,7 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:46]
“Google” şirkətinin Bakı konfransına 1000-dən çox müraciət qeydə alınıb
- 25.08.2023 [18:21]