REGİONLAR


Rabitəçi-mühəndislər Türkiyədə təlim keçirlər

Naxçıvan, 28 iyul, AZƏRTAC

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Ali Məclisin Sədri tərəfindən Rabitə və Yeni Texnologiyalar Nazirliyinə yüksəkixtisaslı kadr hazırlığının diqqətdə saxlanılmasına dair verilmiş tapşırığın icrasına uyğun olaraq nazirlik ilə “Buta Global Enerji” şirkəti arasında əməkdaşlıq çərçivəsində nazirliyin iki mühəndisi dünyanın aparıcı şirkətlərindən olan “Prysmian Group”un Türkiyənin Bursa şəhərində yerləşən Mudanya fabrikində təlim keçir.

Muxtar respublikanın Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, burada “Prysmian Group”un dünyanın aparıcı ölkələrində təlim keçmiş yüksəkixtisaslı mühəndisləri tərəfindən onlara mis və fiber-optik kabel növlərinin beynəlxalq standartlara görə çeşidli növlərdə istehsalı, istehsal olunan kabellərin texniki xüsusiyyətləri, o cümlədən siqnal ötürmə sürəti, xətlərin müxtəlif relyeflərə uyğun çəkilməsi barədə ətraflı məlumatlar verilib.

“Prysmian Group”un fabrikində İtaliya keyfiyyət standartlarında “Draka” markalı kabel məhsullarının istehsalı prosesi ilə tanışlıq zamanı bildirilib ki, odadavamlı, yüksəkkeyfiyyətli bu kabellərdən Naxçıvan Muxtar Respublikası üçün xüsusi olaraq istehsal olunmaqla yanaşı, inkişaf etmiş dünya ölkələrində də fiber-optik xətt çəkilişində, yeraltı və hava rabitə xətlərinin çəkilməsi zamanı istifadə edilir. Mühəndislər fabrikin bütün istehsal sahələri ilə də yaxından tanış olublar. Təlim iyulun 30-dək davam edəcəkdir.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən əməkdaşların zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qabaqcıl dünya ölkələrinin təcrübəsindən istifadə etməklə informasiya texnologiyaları sahəsində ixtisaslı kadrların hazırlanması məqsədilə onlar müvafiq onlayn kurslara, seminar və təlimlərə cəlb olunurlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.