REGİONLAR


Rabitəçilər və bank əməkdaşları beynəlxalq şirkətlər tərəfindən keçirilən növbəti vebinarda iştirak ediblər

Naxçıvan, 1 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən kadr hazırlığı istiqamətində həyata keçirilən kompleks tədbirlər davam etdirilir.

Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirliyin proqramçılarının və muxtar respublikada fəaliyyət göstərən banklarda çalışan informasiya texnologiyaları mütəxəssislərinin bilik səviyyələrinin artırılması məqsədilə “Buta Global Enerji” şirkətinin təşkilatçılığı ilə beynəlxalq arenada tanınmış “Dell Technologies”, “PlusClouds”, “Radius” və “Schneider Electric” şirkətləri tərəfindən “Yeni nəsil məlumat mərkəzi infrastrukturları və yeni bulud texnologiyaları” mövzusunda növbəti vebinar keçirilib.

Tədbirdə Rabitə və Yeni Texnologiyalar naziri Vüsal Sevdimaliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə rabitə və yeni texnologiyalar sahəsinə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, rabitə və yeni texnologiyalar sahəsinin maddi-texniki bazasının daim möhkəmləndirilməsi, müasir texnologiyaların tətbiq edilməsi ilə telekommunikasiya xidmətlərinin çeşidinin və keyfiyyətinin artırılması bu sahənin inkişafına əsaslı zəmin yaradıb. Nazirlik tərəfindən işçilərin zəruri peşə istiqaməti üzrə biliklərinin artırılması, müvafiq peşə ixtisasına yiyələnmələri istiqamətində müvafiq tədbirlər icra olunur. Belə ki, ixtisaslı kadrların hazırlanması məqsədilə onlayn kurslar təşkil edilir, vebinarlar və təlimlər keçirilir. Bugünkü vebinar da proqramçıların informasiya texnologiyaları sahəsində bilik və təcrübələrinin artırılmasında xüsusi əhəmiyyətə malikdir.

Daha sonra “Radius” şirkətinin rəhbəri Atilla Çembercinin “Radius həllər mərkəzi”, “Dell Technologies” şirkətinin Şəbəkələrlə iş üzrə müdiri Can Küçükün “Açıq şəbəkə və bulud şəbəkəsi”, “Schneider Electric”şirkətinin Məlumat mərkəzi həlləri üzrə mütəxəssisi Alphan Erdemin “Yeni məlumat mərkəzlərində (Data center) enerji səmərəliliyi”, “PlusClouds” şirkətinin CEO-su Serkan Koçakın “İnsansız və xarici lisenziyasız məlumat mərkəzi idarəetməsi” və şirkətin mütəxəssisi Ahmet Faruk Derelinin isə “Yeni bulud texnologiyaları” mövzularında çıxışları dinlənilib.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.