İDMAN


“Rabitə”nin tarixi qələbəsindən 10 il ötür

Bakı, 14 oktyabr, AZƏRTAC

On il əvvəl bu gün - oktyabrın 14-də qadınlardan ibarət “Rabitə” voleybol klubu Qətərin paytaxtı Dohada keçirilən klublararası dünya çempionatının qalibi olub.

AZƏRTAC xəbər verir ki, finalda Türkiyənin “Vakıfbank TT” komandasını 3:0 hesabı ilə məğlub edən serbiyalı baş məşqçi Zoran Qayiçin rəhbərlik etdiyi komanda voleybol tariximizin ən böyük uğuruna imza atıb.

Hazırda tarixin yaddaşına qovuşan “Rabitə” komandasının çempion heyətində Natalya Məmmədova, Mira Qoluboviç, Pelin Çelik, İrina Jukova, Sanja Staroviç, Keti Radzuveyt, Nataşa Osmorkoviç, Silviya Popoviç, Yasna Maystroviç, Nataşa Krsmanoviç, Mədinə Əliyeva və Dobriana Rabadziyeva yer almışdılar.

Qeyd edək ki, “Rabitə” qrupdakı ilk oyununu Tailandın “Çanq” klubuna qarşı keçirib və 3:1 hesablı qələbəyə sevinib. Braziliya “Osasco”su ilə qarşılaşma isə 3:2 hesablı qələbə ilə başa çatıb. Yarımfinalda isə komandamız Dominikan Respublikasının “Mirador” klubunu 3:0 hesabı ilə üstələyərək adını finala yazdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.