MƏDƏNİYYƏT


Rachel Abraham: Şuşanın yenidən dirçəlməsinin şahidi olmaq çox xoşdur

Şuşa, 8 may, AZƏRTAC

Mən Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya artıq ikinci dəfədir səfər edirəm. Mənim bu torpaqlara ilk səfərim ötən il baş tutub. Şuşada aparılan bərpa və yenidənqurma işlərini görmək, şəhərin yenidən dirçəlməsinin şahidi olmaq həqiqətən çox xoşdur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında İsrailin İqtisadi Sülh Mərkəzinin redaktoru, Şuşa Beynəlxalq Kulinariya Festivalının iştirakçısı Rachel Avraham söyləyib.

“Ötən bir il ərzində Şuşada çox böyük dəyişiklik olub. Yollar çox gözəl şəkildə bərpa edilib, şəhərdə quruculuq işləri yüksək səviyyədə aparılır. Şuşanın təbiəti insanı heyran edir”, - deyə redaktor qeyd edib.

Rachel Avraham bildirib ki, festival yüksək səviyyədə təşkil olunub. Azərbaycan mətbəxinin təamlarını daddığını qeyd edən redaktor milli xörəklərimizi çox bəyəndiyini deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.