İDMAN


Radamel Falkao La Liqada yeni rekorda imza atıb

Bakı, 28 oktyabr, AZƏRTAC

"Qalatasaray"dan ayrılaraq "Rayo Valyekano"ya keçən Radamel Falkao La Liqada yeni rekorda imza atıb.

AZƏRTAC xəbər verir ki, bu, La Liqanın 11-ci turu çərçivəsində keçirilən "Barselona"ya qarşı matçda (1:0) baş verib. Görüşdə komandasının yeganə qolunun müəllifi olan kolumbiyalı hücumçu 35 yaş 259 günündə La Liqada meydana çıxdığı 6 matçda 4 qol vuran ən yaşlı oyunçu olub.

Qeyd edək ki, Falkao ötən ay "Rayo Valyekano"ya keçib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.