REGİONLAR
Radek Smolka: Edilli kəndindəki cəsəd qalıqlarını görəndə Auşvitzi ziyarət edərkən yaşadığım hisslərin eynisini yaşadım VİDEO
Xocavənd, 15 oktyabr, Həşim Güləmirov, AZƏRTAC
Buraya gəlmək ürək parçalayan məqamdır. İlk dəfə burada cəsədlərin qalıqlarını görəndə Auşvitzi ziyarət edərkən yaşadığım hisslərin eynisini yaşadım.
Bu sözləri Çexiya Gənclər Assosiasiyasının rəhbəri Radek Smolka oktyabrın 15-də Edillidə aşkar olunmuş kütləvi məzarlığa ziyarət zamanı AZƏRTAC-a açıqlamasında deyib.
“Faciənin daha əvvəl baş verdiyini bilsən də, acını sanki indi baş verirmiş kimi hiss edirsən. Çexiyaya geri qayıdanda mən buradakı reallığı hər kəslə paylaşacağam. Şükürlər olsun ki, ölkəmdə erməni təbliğatı güclü deyil, lakin məhz həmin bu faciə ilə bağlı məlumatları paylaşmaq vacibdir”, - deyə o qeyd edib.
R.Smolka bildirib ki, Çexiyadan daha çox insanın buraya səfər etməsi və baş vermiş hadisələri öz gözləri ilə görməsi yaxşı olardı. Bununla da onlar münaqişəni daha yaxşı başa düşərlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]
Naxçıvanda ticarət obyektlərində saxta alkoqollu içkilər aşkarlanıb
- 23.04.2024 [17:45]