ELM VƏ TƏHSİL


Radiasiya Problemləri İnstitutu: 6 alimin adı beynəlxalq indeks sıralamasına daxil edilib

Radiasiya Problemləri İnstitutu: 6 alimin adı beynəlxalq indeks sıralamasına daxil edilib

Bakı, 30 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Radiasiya Problemləri İnstitutunun 6 aliminin adı beynəlxalq indeks sıralamasına daxil edilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib. “AD-Scientific İndex LTD” tərəfindən tərtib olunan siyahıda institutun alimləri – fizika-riyaziyyat elmləri doktoru, professor Rövşən Xəlilov, fizika elmləri doktoru, dosent Elçin Hüseynov, fizika üzrə fəlsəfə doktoru, dosent Günel İmanova, fizika üzrə fəlsəfə doktoru Azər Sadıqov, fizika elmləri doktoru, dosent Famin Salmanov və kimya elmləri doktoru, dosent Xaqani Məmmədovun adları yer alıb.

Qeyd edək ki, siyahının Azərbaycan bölməsində 595 alimin adı yer alıb. Siyahı son 6 ildə dünya üzrə alimlərin məqalələrinə olunan istinadların sayı, i10 və H-indekslərinə görə tərtib olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.