ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutu alimlərinin məqaləsi yüksək impakt faktorlu jurnalda dərc olunub
Bakı, 23 sentyabr, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun alimləri, kimya elmləri doktoru, professor Teymur Ağayev, fizika üzrə fəlsəfə doktoru Sevinc Məlikova və fizika elmləri doktoru Nüşabə Hacıyevanın həmmüəllifi olduqları “Nano-ZrO2+nano-Al2O3 sistemində suyun radiasiya-termiki parçalanmasının Furye-İQ-spektroskopiya metodu ilə tədqiqi” adlı məqalə yüksək impakt faktorlu jurnalda dərc olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, beynəlxalq jurnalda (“Journal of Physical Studies”) yer alan məqalə nano-ZrO2+nano-Al2O3+H2O sistemində suyun radiasiya-termiki parçalanmasının Furye-İQ-spektroskopik tədqiqinə həsr olunub.