ELM VƏ TƏHSİL


Radiasiya Problemləri İnstitutu alimlərinin rəhbərlik etdiyi şagirdlər qalib olublar

Bakı, 14 fevral, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutu alimlərinin rəhbərlik etdiyi şagirdlər “Sabahın alimləri” IX respublika müsabiqəsində qalib olublar.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə elmi müəssisənin əməkdaşları - fizika-riyaziyyat elmlər doktoru, professor Rövşən Xəlilov və biologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Nəsibovanın rəhbərliyi ilə Bakı Avropa Liseyinin 10-cu sinif şagirdləri İsgəndər Yusifzadə və Nigar Əlizadə “Dəmir oksidi nanohissəciklərinin xərçəng əleyhinə terapiyada tətbiqi: hipertermiya və immunoterapiya” layihəsinə görə “Tibb və sağlamlıq” nominasiyası üzrə ikinci yerə layiq görülüb.

Müsabiqədə, həmçinin “Biologiya” nominasiyası üzrə Bakı Oxford məktəbinin Şəmkir filialının 10-cu sinif şagirdləri Rəşad Nağdiyev və Şamil Əliyev professor Rövşən Xəlilovun rəhbərliyi altında hazırlanmış “Juniperus communis”in biologiyası və gələcəkdə biotibb sahəsində istifadəsi” layihəsinə görə üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, təqdim olunan elmi tədqiqat işləri yenilik, innovasiya, tətbiq imkanları və müasirliyi ilə seçilir və gənc nəslin gələcək elmi fəaliyyətlərinin düzgün formalaşmasında böyük əhəmiyyət kəsb edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.