ELM VƏ TƏHSİL


Radiasiya Problemləri İnstitutunda “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb

Bakı, 17 noyabr, AZƏRTAC

AMEA Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının Zəfər Günü münasibətilə Həmkarlar Təşkilatı ilə birgə təşkil etdiyi “Ən yaxşı məqalə” müsabiqəsinin qalibləri mükafatlandırılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü, professor İslam Mustafayev qaliblərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri fizika üzrə fəlsəfə doktoru Günel İmanova və Həmkarlar Təşkilatının sədri fizika üzrə fəlsəfə doktoru Əminə Mikayılova çıxış edərək müsabiqənin əhəmiyyətindən danışıblar, eləcə də təqdim olunan elmi işlərin hər birinin dəyərli olduğunu vurğulayıblar.

Müsabiqənin nəticələrinə əsasən I yerə Səttar Məmmədzadə, II yerə Aydan Xalıqzadə, III yerə isə Qabil Allahverdiyev layiq görülüb. Qaliblər diplom və pul mükafatı ilə təltif olunublar.

Bundan başqa, müsabiqə iştirakçısı Asif Nəbiyev aktiv elmi fəaliyyətə görə diplomla, əlavə 5 müsabiqə iştirakçısı isə həvəsləndirici sertifikatlarla təltif ediliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.