ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunda “Web of Science” elmi bazasının istifadə qaydalarına dair seminar keçirilib
Bakı, 2 oktyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda “Clarivate analytics” agentliyi tərəfindən “Web of Science” elmi bazasının istifadə qaydalarına dair seminar keçirilib.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, seminarda agentliyin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina elmi bazaya məqalə yerləşdirmək, buraya daxil olan jurnallarda məqalə dərcinə dair tələblər və xarici nəşrlərlə tanış olmaq, həmçinin digər imkanlar barədə geniş məlumat verib.
Sonra müzakirələr aparılıb və suallar cavablandırılıb.