ELM VƏ TƏHSİL


Radiasiya Problemləri İnstitutunda magistrantların qış imtahan sessiyası başlayıb

Bakı, 7 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunda magistrantların 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasında I və II kurslar üzrə “Radiasiya materialşünaslığı” və “Təbii və fizioloji fəal maddələr kimyası” ixtisaslarından imtahanlara başlanılıb.

Sessiyanın ilk imtahanı yanvarın 7-də “Radiasiya materialşünaslığının aktual məsələləri” fənnindən keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, magistrantlar sessiya ərzində qeyd edilən ixtisaslar üzrə ümumilikdə 15 fəndən imtahan verəcəklər.

Növbəti imtahanların yanvarın 31-dək keçirilməsi nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.