Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Radiasiya Problemləri İnstitutunda multidisiplinar tədqiqatlar aparılır

Radiasiya Problemləri İnstitutunda multidisiplinar tədqiqatlar aparılır

Bakı, 10 avqust, AZƏRTAC

Radiasiya Problemləri İnstitutu ionlaşdırıcı şüaların neft məhsullarına, ətraf mühitə, canlılara təsirinin, enerji çevrilmələrinin qanunauyğunluqlarının tədqiqi, habelə radiasiya texnologiyalarının tətbiqi ilə yeni və əvvəlcədən verilmiş xassələrə malik materialların alınması və modifikasiyası məqsədilə 1969-cu ildə Azərbaycan Elmlər Akademiyasının tərkibində yaradılıb. Son 53 ildə bu institutda kimyaçılar, fiziklər və bioloqlar unikal elektron sürətləndiriciləri, güclü qamma-radioaktiv mənbələr, müasir radioekoloji monitorinq və analitik cihazlar, habelə digər texniki vasitələrdən istifadə etməklə multidisiplinar xarakter daşıyan tədqiqatlarla məşğul olurlar. Dövrün tələblərinə uyğun olaraq bu tədqiqatların prioritetləri müasirləşdirilib, atom-hidrogen energetikası, radiasiya sterilizasiyası, radioprotektorların alınması, radiasiya cihazqayırma və müasir çağırışlara cavab verən digər istiqamətlər də prioritetlərə əlavə olunub.

Bu barədə AZƏRTAC-a Radiasiya Problemləri İnstitutunun (RPİ) baş direktoru akademiyanın müxbir üzvü İslam Mustafayev məlumat verib. O bildirib ki, Radiasiya Problemləri İnstitutu keçən əsrin 70-80-ci illərində SSRİ-nin ən qabaqcıl elm və təhsil mərkəzləri olan Kimyəvi Fizika İnstitutu, B.V.Kurçatov adına Atom Enerjisi İnstitutu, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti, Belarus Nüvə Energetikası İnstitutu və digər mərkəzlərlə birgə elmi-texniki proqramlarda iştirak edib, yüksəkixtisaslı kadrlar hazırlayıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra göstərilən elmi istiqamətlərə radiasiya təhlükəsizliyinin elmi əsasları, radioekologiya, radioaktiv materialların ekspertizası, bu istiqamətlərdə beynəlxalq qurumlarda təmsilçilik missiyaları və digər vəzifələr əlavə olunub. Müstəqilliyin ilk dövrlərində beynəlxalq qrantlar və layihələr vasitəsilə institutun maddi-texniki potensialının yenilənməsi və inkişaf etdirilməsi üçün ciddi işlər həyata keçirilib. Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA), NATO, ABŞ Energetika Nazirliyi, Avropa İttifaqı və müxtəlif fondların qrant və layihələri hesabına institutun maddi-texniki bazası və kadr potensialı gücləndirilib. Radiasiya Problemləri İnstitutunda respublikada neft-qaz, dağ-mədən, kimya, neft-kimya sənaye sahələrində istehsal proseslərinin ətraf mühitə təsiri, xüsusən də radioekoloji duruma təsirini qiymətləndirməyə, radioaktiv materialların analizinə imkan verən kompleks laboratoriyalar yaradılıb. İş yerlərinin radioekoloji monitorinqi və attestasiyası sahəsində, habelə Abşeron yarımadasında, respublikamızın regionlarında torpaq, hava və su hövzələrində radioaktiv maddələrin tərkibi və aktivliklərinin tədqiqi aparılıb və bu istiqamətlərdə işlər davam etməkdədir.

İnstitutun xarici əlaqələri genişlənib, ABŞ Energetika Nazirliyinin müxtəlif departamentləri, Çikaqo Universitetinin Arqon laboratoriyası, NATO, CRDF fondları, AEBA, Avropa Komissiyasının Transuran Elementlər Mərkəzi, Cənubi Koreya Respublikasının Atom Enerji Tədqiqatları İnstitutu, Polşanın Varşava Nüvə Kimyası və Texnologiyaları İnstitutu və sair təşkilatlarla əməkdaşlıq yaradılıb. İnstitutun nəzdində “AEBA Nüvə Elmləri üzrə Beynəlxalq Məlumat” Mərkəzi fəaliyyət göstərir. On beş əməkdaş Rusiya Federasiyasının Dubna Beynəlxalq Nüvə Tədqiqatları İnstitutunda ixtisas artırmaqla elmi tədqiqatlar aparıb, onlardan 5-i fəlsəfə doktorluğu üzrə dissertasiya müdafiə edib. Hazırda 7 əməkdaş tədqiqatlarını davam etdirir.

İnstitutun əməkdaşları Almaniyanın Höte və Hamburq universitetlərində, Maks Plank və Eynşteyn institutlarında, CERN-də, Norveçin Oslo Universitetində, İtaliyanın Abdus Salam adına Beynəlxalq Mərkəzində, Polşanın Kielce Universitetində və Nüvə Kimyası və Texnologiyası İnstitutunda, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin proqramlarında elmi dərəcələr almaq üçün dissertasiya işləri yerinə yetirib, postdoktor tədqiqatları aparıb, birgə təcrübələrdə ixtisasartırma və təkmilləşmə keçiblər. Son 5 ildə RPİ-nin əməkdaşları 8 kitab və 500-ə (256-sı impakt faktorlu jurnallarda) yaxın elmi məqalə dərc etdiriblər. Bu elmi əsərlərə 9000-dən çox istinad olub. Müvafiq dövrdə xarici ölkələrdə alınmış patentlərin sayı 7, respublikada isə 21 olub. Təkcə 2022-ci ilin birinci yarısında institutun əməkdaşları beynəlxalq bazalara daxil olan 38 məqalə, 40-dan çox tezis çap etdirib, 3 patent alınıb və yeni nəşrlər üzərində isə işlər davam etdirilir. Həmçinin son beş ildə institutda təhsil alan doktorant və dissertantların sayı 30-a yaxın olub. 16 fəlsəfə doktoru, 8 elmlər doktoru dissertasiyası müdafiə edilib. Təkcə 2021-ci ildə yaşı 40-dan aşağı olan 4 əməkdaş elmlər doktorluğu dissertasiyası müdafiə edib. Gənc alimlərimizdən üçünün adı qazandıqları uğurlara görə ABŞ-ın Stanford Universitetinin 2021-ci il üçün siyahısına daxil edilib. Hazırda institutda ikisi qadın olmaqla 20 elmlər doktoru, 58 fəlsəfə doktoru fəaliyyət göstərir.

Beynəlxalq və milli qrantların dəstəyi ilə son beş ildə radiasiya texnologiyalarının tətbiqinə aid 26 layihə yerinə yetirilib ki, bunların 8-də xarici alimlər və təşkilatlar iştirak ediblər. Kombinə olunmuş günəş və külək enerjiləri əsasında elektrik və istilik təchizatı həyata keçirilən xüsusi “Günəş evi”nin elmi-texniki əsasları işlənilib və ilk sınaq nümunəsi yaradılıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in 3 istiqamətinə uyğun son iki ildə elmi-tədqiqat, layihə-konstruktor işləri həyata keçirir: yüksəkkeyfiyyətli ekoloji mühitin təmin olunması, ölkənin yaşıl enerji məkanına çevrilməsi, yüksək rəqabətli insan kapitalını formalaşdırması - beynəlxalq sertifikatlara uyğun mütəxəssislərin hazırlanması.

İnstitutun hazırda fəaliyyəti aktual və strateji cəhətdən əhəmiyyətli olan radiasiya texnologiyaları, radiasiya təhlükəsizliyi, ekoloji təmiz energetika daxil olmaqla rəqəmsal inkişafa əsaslanan yüksək texnologiyalar kimi elmi istiqamətlərə yönəldilib. Alimlər yüksək enerjitutumlu proseslərdə radiasiya enerjisinin istifadəsinin elmi əsaslarının işlənilməsi ilə məşğul olurlar. Bununla da kimya sənayesində “yaşıl” energetikanın prinsiplərinə uyğun olaraq “azkarbonlu texnologiyaların” elmi əsaslarını yaradırlar.

Elmi istiqamətlər AEBA nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi, habelə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən təsdiqlənmiş elmi-tədqiqat planı kimi milli və beynəlxalq proqramlar üzrə formalaşdırılıb. Azərbaycanın regionlarında radioaktiv və zərərli kimyəvi birləşmələrlə çirklənmənin səviyyəsi tədqiq olunub və bu regionlara xas radiasiya fonu müəyyənləşdirilib. Neftlə çirklənmiş torpaqlarda və sularda neftin deqradasiyası nəticəsində toksik maddələrin yaranmasının qanunauyğunluqları müəyyənləşdirilib və bu proseslərdə radiasiyanın rolu qiymətləndirilib. Ölkə ərazisində, xüsusilə işğaldan azad olunmuş ərazilərdə günəş və külək enerjisi potensialının qiymətləndirilməsi və enerji növlərinin ayrı-ayrılıqda, habelə kompleks şəkildə istifadəsinə imkan verən yeni texnologiyaların işlənilməsi sahəsində tədqiqatlar aparılır. Radiasiyanın bitki və canlı orqanizmlərə təsirini azaltmaq üçün təbii və kimyəvi ekstraktlar əsaslı radioprotektorlar sintez olunub və sınaq üçün nümunələr hazırlanıb. İnstitut əməkdaşları əvvəlcədən verilən xassələrə malik yarımkeçirici, polimer, seqnetoelektrik materialların və nanokompozitlərin radiasiya texnologiyalarının köməyilə alınması və modifikasiya, daha dəqiq radiometrlərin aktiv elementlərinin yaradılması sahəsində uğurlar əldə ediblər.

İ.Mustafayev bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaratdığı dövlət monitorinq qrupunun işğaldan azad olunmuş rayonlara ekspedisiyalarının 8-də institut iştirak edib. Üç halda “qaynar nöqtələr” müşahidə olunub, məhv edilmiş tankda və hərbi texnika hissələrində “Amerisium (Am-241) və Ra-226 izotopları müəyyən edilib. Hazırda alınmış nəticələr İnformasiya Texnologiyaları İnstitutunda yaradılmaqda olan Məlumatlar Bazasına daxil edilmək üçün işlənilir.

Ermənistandan Azərbaycanın Zəngilan rayonu ərazisinə daxil olan Oxçuçayda konsentrasiyanın Mn elementi üzrə 1.7-1.8 dəfə, Al elementi üzrə 3.1-3.6 dəfə, Fe elementi üzrə 6-7.5 dəfə yol verilən hədd qiymətlərindən yüksək olduğu alimlərimiz tərəfindən müəyyən edilib. Bütün bunlar Oxçuçayın ölkə ərazisinə daxil olmadan əvvəl antropogen mənşəli çirkləndiricilərin yüksək dərəcədə təsirinə məruz qaldığını göstərir.

Radiasiyanın mühərrik yanacaqlarına təsiri öyrənilib və radiasiya təsiri şəraitində istifadə olunan yanacaqların radiasiyaya davamlılığını artırmaq üçün təkliflər hazırlanıb. Kənd təsərrüfatı məhsullarının saxlanma müddətinin artırılması üçün onların radiasiya üsulu ilə sterilizasiya dozası müəyyən edilib. Qrant layihəsi əsasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən Radiasiya Problemləri İnstitutunda “Bərpaolunan enerji növlərinin çevrilməsi” laboratoriyasında 750 volt gücə malik 3 ədəd günəş paneli, 300 volt gücə malik bir ədəd külək elektrik mühərriki və bir ədəd yastı günəş kollektoru, günəş və külək cərəyan mənbələrinin işlədicilərə problemsiz qoşulmasını təmin edən imkanlar yaradılıb.

“İnstitutun əməkdaşları ölkənin 10-a yaxın universitetində mühazirələr oxuyur, laboratoriya-seminar dərsləri aparırlar, yeddi ali məktəbin tələbələri institutda istehsalat təcrübəsi və laboratoriya dərslərini, 4 universitetin müəllimləri isə təkmilləşdirmə və ixtisasartırma kursları keçirlər. Son dövrdə institut əməkdaşlarının iştirakı ilə 12 dərs vəsaiti və elmi-kütləvi kitablar yazılıb. İnstitut alimlərinin rəhbərliyi ilə “Sabahın alimləri” yarışmasının 2 komandası “TEXNOFEST” beynəlxalq festivalında mükafatlar alıblar. Elmi nəticələrin ölkənin müdafiə qüdrətinin artırılmasında, ətraf mühitin keyfiyyətinin yaxşılaşdırılmasında və sənayenin inkişafında tətbiqi sahəsində də mühüm işlər görülüb. Yol və mədən işlərində, habelə döyüş əməliyyatlarında istifadə olunmaq üçün məsafədən partladıcı qurğu, sərhədlərimizin qorunması üçün siqnalverici aparat, minalanmış və keçilməz relyefə malik ərazilərdə məsafədən radioekoloji monitorinq aparmaq üçün cihaz məhz alimlərimizin builki məhsullarıdır. Onların bir qismi 2022-ci ildə Bakıda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında nümayiş etdirilib və maraq doğurub. AMEA-nın 70 illik yubileyinə həsr olunmuş Ümumi yığıncaqda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev söylədiyi dərin məzmunlu nitqində ölkənin inkişaf etmiş ölkəyə çevrilməsini təbii ehtiyatların deyil, məhz intellektual potensialın, məhz elmin səviyyəsinin təmin etdiyini vurğulayıb və hər bir ölkənin, xalqın tərəqqisində müstəsna rol oynayan elmin inkişafını şərtləndirən prioritetləri elan edib, alimlər qarşısında həyata keçirilməsi zəruri olan vəzifələr qoyub. Prezidentin müəyyənləşdirdiyi prioritet istiqamətlər üzrə institutda fəaliyyətlər davam etdiriləcək.

Beləliklə, başlanmış işləri uğurla yekunlaşdırmaq, radiasiya materialşünaslığı üçün prioritet hesab olunan nanomateriallar və polimer nanokompozitlərə ionlaşdırıcı radiasiyanın təsirinin araşdırılması, radiasiya texnologiyalarının tətbiqi ilə ətraf mühitin ekstremal təsirlərinə davamlı toxum sortlarının yetişdirilməsi, toxumların və məhsulların sterilizasiyası sahəsində tədqiqatların aparılması, atmosferə karbon emissiyasının azaldılması istiqamətində azkarbonlu radiasiya-kimyəvi texnologiyaların imkanlarının araşdırılması, elmi-tədqiqat və təhsil müəssisələri ilə milli və beynəlxalq səviyyədə əməkdaşlıq üzrə memorandumların imzalanması və sair fəaliyyətlər olacaqdır”, - deyə İslam Mustafayev fikrini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Lerikdə qanunsuz çöl donuzu ovlayan şəxs saxlanılıb

Vətən Müharibəsi Qəhrəmanı: İndi azad olan o yerləri ziyarət etmək arzum var

Azərbaycan və İraq FM radio yayımları ilə bağlı Anlaşma Memorandumu imzalayıb

Hamilə və azyaşlı uşağa baxan qadınların əmək hüquqları ilə bağlı imtiyazlar artırılır

Xəqani küçəsində restoranda baş vermiş yanğın söndürülüb -  YENİLƏNİB VİDEO

Moskvada Azərbaycanın üzümçülük məhsulları təqdim olunub

Gədəbəy rayonunun Kiçik Qaramurad‒Cəfərli‒Əyrivəng‒Alnabat‒Kərimli‒İnəkboğan‒Göyəmli‒Şınıx‒Göyəlli‒Çobankənd‒Şahdağ‒Çiçəkli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Könüllülər narkotik maddələrin sağlamlığa zərərli təsiri barədə məlumatlandırılıblar

Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Veysəloğlu ilə ADA Universiteti arasında əməkdaşlıq memorandumu imzalandı

Almaniya Polşa, Çexiya və İsveçrə ilə sərhəd nəzarətini yenidən uzadacaq

Folklor İnstitutu illik hesabatını təqdim edib

Prezident İlham Əliyev Avropa Şurasının Baş katibini qəbul edib  YENİLƏNİB

“Arbitraj haqqında” yeni qanun layihəsi birinci oxunuşda qəbul edilib

Azərbaycan dilinin tədrisi və qiymətləndirilməsi məsələləri üzrə tədqiqatlar aparılır

İmişlidə qanunsuz tikili sökülüb VİDEO

Aşpaz ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçilib

Cozef Baydenin oğlu vergidən yayınmaqda ittiham edilir

® “Bakcell” dünyanın ən sürətlilərinin sürət tərəfdaşı oldu!

Azərbaycanda xəstəxanalarda onlayn növbə sisteminin tətbiqinə başlanılıb

Professor Qəzənfər Kazımovun yeni monoqrafiyası çap olunub 

İƏT-in Baş katibi təşkilata üzv ölkələrin universitetlərinə müraciət edib

Abşeron yarımadasının bəzi yerlərində intensiv yağış gözlənilir

ATMU-nun nümayəndələri beynəlxalq forumda turizm sahəsində təhsilin rolundan danışıblar

Komitə sədri: Azərbaycanda bir dəfə də olsun dini zəmində toqquşma görməmişik

Avropa və Çempionlar Liqasında ən çox qələbə qazanan baş məşqçilər bəlli olub

BDU-da Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 75 illiyinə həsr olunmuş dəyirmi masa 

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib

Sədr: "Kapital Bank"ın Azərbaycanda hər hansı bankı almaq fikri yoxdur

Üç il ərzində "YAŞAT" Fonduna kredit və borc öhdəliklərinin qarşılanması ilə əlaqədar 2 min 300 müraciət daxil olub

Azərbaycan reytinqdə öndə olan ölkələrin rəqəmsal hökumət təcrübəsini öyrənir

Qərbi Azərbaycan kəndləri – Çimənkənd

Hərbçilərimizin azad olunması Prezidentimizin heç bir azərbaycanlını diqqətdən kənarda qoymadığını bir daha göstərdi - RƏY

Milli Dram Teatr “Qarabağnamə” tamaşası ilə Lənkəranda çıxış edəcək

Kirayə mexanizmi çərçivəsində daha 232 yeni mənzil vətəndaşlara təqdim edilir

"YAŞAT" Fondu tərəfindən 111 şəhid övladı ilə bağlı “Onlar bizə əmanət” layihəsi həyata keçirilib

Vüqar Qurbanov: Qızılcaya yoluxanların evdə özlərinin bildikləri kimi müalicə etmələri düzgün deyil

Rəqabət Məcəlləsi haqqında qanun layihəsi təsdiqlənib

Rövnəq Abdullayev: Ənənəvi iqtisadi mexanizmlərin əvəzlənməsi strateji hədəflərdən biridir

Milli Məclisin Mədəniyyət komitəsinin yeni sədri müəyyənləşib

Şuşada "Kapital Bank"ın filialı açılacaq

Kişineuda Azərbaycan və Moldovanın kənd təsərrüfatı nazirlərinin görüşü keçirilib

ABŞ-ın Bağdaddakı səfirliyi raket atəşinə tutulub

Gənclər Kitabxanasında Ulu Öndərin 100 illik yubileyi çərçivəsində növbəti təqdimat

Zahid Oruc: Qırx dörd gündə Prezidentin çağırışına verilən milyonlarla səs ümumxalq referendumu idi

“Qarabağ”ın sabiq futbolçusu: Ağdam klubu Avropa Liqasının yarımfinalına kimi getmək gücündədir MÜSAHİBƏ

Bu günədək 185 nəfər "YAŞAT" Fondu tərəfindən müalicə məqsədilə Türkiyəyə göndərilib

İcma: Amerikalı konqresmenlər bölgəyə lüzumsuz geosiyasi rəqabətin gətirilməsi siyasətindən əl çəkməlidirlər

Bu il 4 mindən çox yaralının müalicə xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb

“Kapital Bank” “Naxçıvan Bank”ın istehlak kreditləri portfelinin 60 milyon manatlıq hissəsini əldə edib

Bloomberg: Fələstin dövlətinin qurulmasına HƏMAS da cəlb edilə bilər

Öd kisəsinin xaric edilməsi icbari tibbi sığorta ilə ödənişsizdir

Fərid Hüseynov: “Kapital Bank” müştərilərinə 2 milyon yarım kart təqdim edib

Azərbaycan Premyer Liqasında XVI turun təyinatları bəlli olub

Sədr: İlin sonuna “Kapital Bank”ın mənfəətinin 200 milyon manat olacağı gözlənilir

® “Maserati Grecale” Bakıda: Lüks avtomobillər dünyasında mükəmməllik və innovasiyanın təkamülü - FOTO

Deputat: Prezident İlham Əliyevin rəhbərliyi ilə bizi daha böyük qələbələr gözləyir

Dövlət qurumlarının rəhbər nümayəndələri üçün keçirilən rəqəmsal transformasiya üzrə təlim yekunlaşır

"YAŞAT" Fondu: Bu il məişət şəraitinin yaxşılaşdırılması istiqamətində 720 min 400 manat vəsait xərclənib

Bu gün Şahdağ Milli Parkının yaranması günüdür

Daha bir müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Üç il ərzində "YAŞAT" Fonduna 235 minə yaxın müraciət daxil olub

İsrail ordusu Qəzzada yerüstü əməliyyatlar zamanı 91 hərbçisini itirib

ADRA “İlin ən aktiv tərəfdaşı” nominasiyası üzrə qalib olub

UNEC-də Mədəniyyət və İncəsənət Universitetinin 100 illik yubileyinə həsr olunmuş sərgi

“Heydər Əliyev və Azərbaycan dili” - tədbir

"YAŞAT" Fondunun fəaliyyət istiqamətləri üzrə 79 milyon manatdan çox vəsait xərclənib

Sahibə Qafarova: Növbədənkənar prezident seçkilərini Zəfər seçkiləri adlandırmaq olar

Gənclər və könüllülər Ulu Öndərin qiymətli tövsiyələrini peşəkar inkişaflarında daim rəhbər tuturlar

Uşaq musiqi məktəbinin şagirdləri beynəlxalq müsabiqənin diplomuna layiq görülüblər

A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi şagirdlərinin növbəti uğuru

® “CityNet”in əsas tərəfdaşlığı ilə “GameSummit” festivalı keçiriləcək

BDU-da türkiyəli deputatla görüş

Azərbaycan-Türkiyə HHQ nümayəndələri arasında qərargah danışıqları keçirilib

Milli Məclisdə 22 məsələnin müzakirəsinə başlanılıb

Məşhur Hollivud aktyoru Aya səyahət şousunu təqdim edib

Gələn il Ağdam Sənaye Parkında 10-a yaxın müəssisənin açılışı planlaşdırılır – EKSKLÜZİV VİDEO

Salyanda Xalq şairi Məmməd Arazın 90 illiyi qeyd edilib

Quş qripi xəstəliyinə qarşı növbəti epizootoloji monitorinqlər keçiriləcək

Naxçıvanda oftalmologiyaya həsr olunmuş regional konfrans və tibbi aksiya keçirilir

Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardımı göndərib

Sabunçu Tibb Mərkəzində Cərrahi profilli reanimasiya və Əməliyyat bloku əsaslı təmir olunub

“Azeri Light” markalı neft ucuzlaşıb

Dünya birjalarında neft bahalaşıb

Nizami rayonunda fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

FHN: Ötən sutka ərzində 16 yanğına çıxış olub

Fazilə Rəcəbova və Yelena Suvorovanın “Canlanan daşlar” sərgisi

® HONOR X9b - Heyrətləndirmək üçün yaradılmışdır VİDEO

Bu gün Xalq artisti Mərziyə Davudovanın doğum günüdür

GDU-nun tələbəsi ümumrespublika bədii qiraət müsabiqəsində uğur qazanıb

® "Baku Steel Company" QSC rəqəmsallaşma sahəsində dünya lideri olan “SAP SE” şirkəti ilə əməkdaşlığa başlayır

AZAL Bakı ilə Doha arasında uçuşlar həyata keçirəcək

Naxçıvan teatrı beynəlxalq festivalda ölkəmizi təmsil edib

Türkiyə XİN Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılıqla bağlı açıqlama verib

İraqda tikinti və infrastruktur layihələrində Azərbaycan şirkətlərinin iştirakı məsələləri müzakirə olunub

Azərbaycanın beynəlxalq nüfuzunun təqdimatı RƏY

Yardımlıda narkotacirlərdən 10 min ədəd narkotik tərkibli həb aşkarlanaraq götürülüb VİDEO

Dünyaya səs salan Zəfər paradı

Bakının hazırda sıxlıq müşahidə edilən küçə və prospektlərinin SİYAHISI

Nazirlik: Vətəndaşlarda olan qanunsuz silah-sursatların könüllü təhvil verilməsi prosesi davam edir