Radiasiya Problemləri İnstitutunun əməkdaşlarına fəxri fərmanlar təqdim olunub
AzerTAg.az
Bakı, 20 may, AZƏRTAC
AMEA-nın Radiasiya Problemləri İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, müəssisənin baş direktoru AMEA-nın müxbir üzvü İslam Mustafayev gündəlikdəki məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Elmi, təşkilati və ictimai fəaliyyətlərinə görə institutun 20 əməkdaşına fəxri fərman təqdim olunub.
Tədbirdə Elmin İnkişafı Fondunun 2022-ci il üçün əsas qrant müsabiqəsi, Belarus Milli Elmlər Akademiyasının Elmi Kadrların Hazırlanması İnstitutunun magistr və doktorant hazırlığı ilə əlaqəli müraciəti haqqındakı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Sonda institutun Seqnetoelektriklərin radiasiya fizikası laboratoriyasının rəhbəri fizika-riyaziyyat elmləri doktoru Rauf Sərdarlının “Radiasiya materialşünaslığı” ixtisasından professor elmi adı alması üçün müraciətinə baxılıb.


Xəbərin mətnində orfoqrafik səhv var