ELM VƏ TƏHSİL
Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Polşada doktorantura təhsili alacaq
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun gənc əməkdaşı Şəhriyar Cəfərzadə Polşada doktorantura təhsili alacaq.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, Ş.Cəfərzadə onlayn imtahan verərək Polşanın Kielce Universitetində doktor Fransisko Giakosanın rəhbərliyi ilə “Yüksək enerjilər fizikası” (Hadron Fizikası – Kvant Xromodinamikası) ixtisası üzrə doktorantura təhsili almaq hüququ əldə edib.
Ş.Cəfərzadə buna qədər Türkiyə Respublikasında TÜBİTAK-ın layihəsində və İtaliyada keçirilən “Kalibr sahə nəzəriyyələrində olan differensial invariantlar” beynəlxalq proqramında iştirak edib.