ELM VƏ TƏHSİL


Radiasiya təhlükəsizliyi sahəsində müasir texnologiyalar tətbiq olunur

Bakı, 29 iyul, AZƏRTAC

Erməni işğalçıları tərəfindən Qarabağın və ətraf ərazilərin zəngin yeraltı və yerüstü sərvətlərinin talan edilməsi, ərazilərimizin minalanması, qanunsuz qazıntı işlərinin aparılması fonunda region kəskin ekoloji və radioaktiv çirklənməyə məruz qalıb.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin onlayn iclasında AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev söyləyib. O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət, o cümlədən innovativ ekosistemin yaradılması, azad olunmuş ərazilərin “yaşıl enerji” zonasına çevrilməsi, həmçinin “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi ölkəmizin radiasiya problemlərinin həlli məsələlərinə də sistemli yanaşma tələb edir və alimlərimizin qarşısında prioritet vəzifələr qoyur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.