İDMAN


Radik İsayev Avropa çempionatında mübarizəyə başlayır

Bakı, 22 may, АZƏRTAC

Böyük Britaniyanın Mançester şəhərində keçirilən taekvondo və parataekvondo üzrə Avropa çempionatında Azərbaycan idmançılarının çıxışları davam edir.

AZƏRTAC xəbər verir ki, yarışın son günü daha dörd idmançımız – Olimpiya çempionu Radik İsayev (87 kq yuxarı), Fatimə Məcidova (57 kq), Eltac Qafarov (74 kq) və parataekvondoçu Sadiq Həmidov (K-44 63 kq) mübarizəyə qatılacaqlar.

Qeyd edək ki, qitə çempionatında parataekvondoçularımız İmaməddin Xəlilov (K-44 70 kq) gümüş, Sabir Zeynalov (K44 58 kq) bürünc medal qazanıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.