İQTİSADİYYAT


Radio-Televiziya Yayım stansiyalarına texniki baxış keçiriləcək

Bakı, 17 yanvar, AZƏRTAC

Azərbaycanda radio yayımlarının mövcud vəziyyətinin araşdırılması və gələcək inkişafına dair təkliflərin hazırlanması məqsədilə Türkiyə Radio-Televiziya Qurumunun (TRT) nümayəndə heyəti Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) dəvəti ilə Azərbaycanda səfərdədir.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, TRT təmsilçiləri yanvarın 19-dək paytaxt Bakı və bölgələrdə yerləşən Radio-Televiziya Yayım stansiyalarına texniki baxış keçirəcək və radiomonitorinq aparacaqlar.

Aparılan işlərin nəticəsinə dair yekun hesabatın hazırlanması nəzərdə tutulur. Nümayəndə heyəti ölkədə radio yayımını həyata keçirən texniki vasitələrin müvafiq normativlərə uyğun istismarının təşkili və şəbəkənin optimallaşdırılmasına dair tövsiyələrini verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.