CƏMİYYƏT


Radioaktiv, təhlükəli kimyəvi və bakterioloji maddələrin yayılmaması baxımından Azərbaycan ən təhlükəsiz ölkədir

Tbilisi, 5 oktyabr, AZƏRTAC

Tbilisidə “Qara dəniz regionunda nüvə təhlükəsizliyi” mövzusunda keçirilən beynəlxalq konfrans oktyabrın 5-də işini davam etdirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan nümayəndə heyətinin də iştirak etdiyi konfransda Cənubi Qafqazda, Qara dəniz regionunda və ümumiyyətlə dünyada nüvə silahlarının yayılması, bioloji silahlanma, radioaktiv və digər təhlükəli kimyəvi maddələrin qeyri-leqal yayılması, daşınması, onların cinayətkar və terrorçu qrupların əlinə keçməsi təhlükəsi barədə çıxışlar olub.

Bildirilib ki, bu gün təhlükəli kimyəvi maddələr, bakterioloji və radioaktiv tullantılar bəşəriyyət üçün ciddi təhlükə mənbəyinə çevrilib. Təkcə Cənubi Qafqaz və Qara dəniz regionu dövlətləri deyil, dünya ictimaiyyəti bu cür təhlükəli tendensiyalara qarşı birgə mübarizəni gücləndirməlidir.

Azərbaycan nümayəndə heyətinin üzvləri həm çıxışlarda, həm də ayrı-ayrı görüşlərdə ölkəmizdə radioaktiv, nüvə və digər qlobal təhlükə mənbəyi olan maddələrin yayılma və daşınma təhlükəsinin olmadığını diqqətə çatdırıblar. Azərbaycanın bu baxımdan ən təhlükəsiz ölkə olduğu vurğulanıb.

 

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.