İDMAN


Rafael Ağayev: Koronavirus pandemiyasına qarşı çətin və həlledici mübarizədə həmrəylik nümayiş etdirməliyik

Rafael Ağayev: Koronavirus pandemiyasına qarşı çətin və həlledici mübarizədə həmrəylik nümayiş etdirməliyik

Bakı, 2 iyul, Leyla Qurbanova, AZƏRTAC

Dünyanı bürüyən koronavirus pandemiyası təəssüf ki, Azərbaycanı da cənginə alıb. Dövlətimizin başçısının göstərişi ilə əhalinin sağlamlığının daim diqqətdə saxlaması məqsədilə həyata keçirilən tədbirlər bu təhlükəli virusun ciddi fəsadlara səbəb olmasının qarşısının alınmasında mühüm rol oynadı. Pandemiyanın geniş yayılmaması üçün hər birimiz karantin rejiminin tələblərinə ciddi əməl etməliyik. İdman yarışları, turnirlər, eləcə də təhsil ocaqlarında dərslər dayandırılsa da, biz idmançılar formada qalmaq üçün məşqləri evdə davam etdiririk.

Bu sözləri AZƏRTAC-a müsahibəsində karate üzrə dünya və Avropa çempionatlarının dəfələrlə qalibi olan Rafael Ağayev deyib.

Məsuliyyətli olmaqla, nizam-intizam qaydalarına əməl etməklə, özümüzü, uşaqlarımızı, yaxınlarımızı bu infeksiyadan qoruya biləcəyimizi deyən titullu idmançı bildirib: “Ölkəmizdə virusa yoluxanların sayının getdikcə artması hamını ciddi narahat etməlidir. Diqqət etsək görərik ki, hansı ölkələrdə əhali karantin qaydalarına əməl edirsə, həmin ölkələrdə xəstəliyə yoluxanların sayı getdikcə azalır. Hər bir kəs öz üzərinə düşən məsuliyyəti dərk etməli, gigiyena qaydalarına ciddi əməl etməklə əsaslı səbəb olmadan evdən çıxmamalı, özünü, yaxın və doğmalarını, ətrafındakıları qorumalıdır. Koronavirus pandemiyasına qarşı çətin və həlledici mübarizədə həmrəylik nümayiş etdirməliyik. Biz birlikdə güclüyük”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.