İDMAN


Rafael Fiziyev idman azarkeşləri ilə görüşüb

Sonuncu qələbəni qazandığım görüşdə Azərbaycan bayrağını qaldırdığım üçün böyük qürur duyuram

Bakı, 5 avqust, AZƏRTAC

Avqustun 5-də Bakıda səfərdə olan Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri və media nümayəndələri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə idmançının imza sessiyası baş tutub.

Qeyd edilib ki, “Ataman” ləqəbi ilə məşhur olan R.Fiziyev UFC-də (Mütləq Döyüş Çempionatı) keçirdiyi son altı döyüşündə rəqiblərinə qalib gəlib. 29 yaşlı idmançı iyulun 9-da ABŞ-ın Las-Veqas şəhərində braziliyalı Rafael dus Anyusla UFC-də növbəti görüşünə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb. MMA döyüşçümüz Rafael Fiziyev braziliyalı Rafael dus Anyusa nokautla qalib gəlib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.

“Sonuncu qələbəni qazandığı görüşdə Azərbaycan bayrağını qaldırdığı üçün böyük qürur duyduğunu bildirən R.Fiziyev deyib: “Bu ölkənin bayrağı altında çıxış etmək mənim qərarımdır. Bu, damarlarımda azərbaycanlı qanı axması ilə bağlıdır. Bunu deməklə sürpriz etmək istəyirdim. İstəyirdim ki, döyüş keçirdiyim zaman hamı görsün”. İdmançımız Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasovla qardaş kimi olduğunu və onunla Tailandda birgə məşq etdiyini deyib.

Qeyd edib ki, vaxtının əsas hissəsini toplanışlarda olur, məşqçi kimi fəaliyyət göstərir. Azərbaycanda daha çox vaxt keçirmək, ailəsi ilə birgə istirahətə getməyi planlaşdırır.

Mətbuat konfransında idmançını ölkəmizin bayrağı altında qazandığı ilk qələbəsinin gənclər arasında MMA idman növünə marağı daha da artıracağı vurğulanıb.

Azarkeşlərə görüşə gədikləri üçün təşəkkürünü bildirən R.Fiziyev bundan sonrakı döyüşlərə hazırlığı barədə məlumat verib: “Rafael Fiziyev braziliyalı Rafael dus Anyusla döyüşdən sonra gənclər və idman naziri Fərid Qayıbovun onu təbrik etdiyini diqqətə çatdırıb. Gələcəkdə Azərbaycanda UFC döyüş gecəsi keçirmək, turnirin əsas döyüşünə çıxmağımın mümkünlüyü müzakirə edildi. İnanıram ki, azərbaycanlı azarkeşləri də sevindirə bilərik. Hazırda bərpa dövrü keçirirəm. Castin Geycini döyüşə çağırmışam. Hələ razılıq almamışam. Döyüşün bu ilin sonu - gələn ilin əvvəlində baş tutacağına ümid edirəm”.

O, “Qarabağ” komandasının UEFA Çempionlar Liqasındakı çıxışına da toxunaraq deyib ki, buna çox təəccübləndim və qürurlandım ki, Azərbaycan klubu belə səviyyədə çıxış edir.

Gənclərə məsləhət verən idmançı uğur qazanmaq üçün risk etməyin vacibliyini qeyd edib.

R.Fiziyev Bakının tarixi və zəngin şəhər olduğunu deyib: “Buraya təəssüratlarımda xüsusi şəhər kimi qalacaq. Döyüşdən sonra məhz bura gəlməyə çox şadam”.

Sonra fotosessiya və avtoqraf sessiyası olub, jurnalistlərin və azarkeşlərin sualları cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.