Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Rafael Hüseynov: Avropa Şurası və Azərbaycan əlaqələrində ciddi uğurlar var

Rafael Hüseynov: Avropa Şurası və Azərbaycan əlaqələrində ciddi uğurlar var

Strasburq, 23 yanvar, AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının əvvəlində ənənəvi olaraq təşkilatın büro və daimi komitəsinin hesabatları dinlənildikdən sonra məruzənin əhatə etdiyi aktual problemlərlə bağlı müzakirələr başlayıb.

Müzakirələrə qatılan Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynov əvvəlcə ölkəmizlə Avropa Şurası arasında uğurla davam edən əlaqələrdən danışaraq deyib: “Növbəti dəfə ötən müddətdə görülən işləri, inkişaf kimi qiymətləndirilə biləcək məqamları təhlil edərkən ölkəmin timsalında həm təşkilatın, həm də Azərbaycanın uğuru sayılmağa layiq olan bir sıra irəliləyişlərə diqqəti çəkmək istərdim. 2016-cı il Azərbaycan üçün son dərəcə əlamətdar olub. Oktyabrda ölkənin 70 illik mübarizədən sonra öz müstəqilliyini yenidən bərpa etməsinin 25 ili tamam oldu. Nəzərə alsaq ki, XX əsrin əvvəllərində müsəlman aləmində ilk demokratik respublika quran Azərbaycanın müstəqilliyi iki ildən də az sürmüşdü, onda 25 ilin kifayət qədər sanballı bir yubiley olduğunu görürük. Azərbaycan bu 25 ilin 15-ni Avropa Şurası ailəsində keçirib. Demokratik təsisatların bərqərar olması, hüquqi dövlət quruculuğu, insan haqlarının daha geniş çərçivədə təmin edilməsində, bu müddətdə qazanılan nailiyyətlərdə Avropa Şurasının danılmaz payı var. Sevindirici haldır ki, Avropa Şurasının indi təhlil etdiyimiz dövrdəki fəaliyyətləri kontekstində də Azərbaycanın əhəmiyyətli irəliləyişləri olub”.

Konkret nümunələr üzərində dayanan deputat Rafael Hüseynov avropalı parlamentarilərə Azərbaycanın mətbuat həyatında baş vermiş və Avropa Şurası hesabatlarında əksini tapmış nailiyyətlərini xatırladıb: “Arxada qalan sessiya dönəmində hazırlanmış və bu sessiyada müzakirəyə çıxarılan məruzələrdə də ölkənin mətbuat həyatında müşahidə edilən tərəqqini görə bilərik. Lakin bu heç də hamısı deyil. Qeyri-hökumət təşkilatları ilə bağlı işin təşkili və Avropa Şurasının çağırışları müstəvisində bu sahədə qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində atılan addımlar da aydın müşahidə edilən inkişaf göstəriciləridir”.

Azərbaycan nümayəndə heyətinin üzvü Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü, Dağlıq Qarabağ məsələsi ilə bağlı da irəliləyiş sayıla biləcək məqamlar üzərində dayanıb. Rafael Hüseynov Avropa Şurası baş katibinin münaqişə ilə bağlı bir qədər əvvəl verdiyi bəyanatı yüksək qiymətləndirərək deyib: “Avropa Şurası baş katibinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, cəbhə bölgəsində gərginliyin azaldılması ilə bağlı yayılan bəyanatı da mahiyyət etibarı ilə inkişafa köklənmiş addım kimi dəyərləndirilməlidir. Beynəlxalq təşkilatların və sülh missiyalı qurumların təkidlərinə baxmayaraq, Ermənistanın həlak olmuş Azərbaycan əsgərinin cəsədini qaytarmamasına Avropa Şurası rəhbərliyinin ani reaksiyası və məsələni təxirə salınmadan qeyd-şərtsiz həll etməyə çağırması həqiqi mənada ciddi inkişaf əlamətidir. Çoxdan davam edən münaqişənin həlli istiqamətində Avropa Şurasının yanaşmaları adətən belə operativ və qətiyyətli olmayıb. İndiki halda dərhal nümayiş etdirilmiş belə konkret mövqeyi münaqişənin həlli yolunda təşkilatımızın fəallığını artırmaq niyyətinin ifadəsi kimi qəbul etmək olar. Nəzərə alsaq ki, Avropa Şurasının indi müzakirə etdiyimiz vaxt kəsiyində həll olunmamış münaqişələrlə bağlı ayrıca bir alt komitə yaradaraq onu hərəkətə gətirmək cəhdləri də olub, onda bu sahədə inkişafın kifayət qədər ciddiləşdiyini təsdiqləməyə əsaslarımız daha da artır. Parlament Assambleyası sədrinin münaqişə tərəflərini təmsil edən deputatlarla ardıcıl görüş və müzakirələr keçirməsi də müsbət hal kimi dəyərləndirilməlidir. Bütün bunların davamı kimi, Bakıda erməni və azərbaycanlı fəalların təşəbbüsü ilə baş tutmuş yetərincə konstruktiv görüş və müzakirələr, işğalı pisləyən, problemi demokratik vasitələrlə həll etmək məramlı “Azərbaycan-Ermənistan sülh platforması”nın sıralarının getdikcə genişlənməsi ümidləri xeyli artırır”.

Sonda deputat Rafael Hüseynov Avropa Şurasının bu uğurlu tempi bundan sonra da davam etdirməsinin zəruri olduğunu vurğulayıb: “Arzu edərdim ki, götürülmüş bu temp zəifləməsin, biz daimi komitə və büronun növbəti inkişaf məruzəsində üzv dövlətlər arasındakı istər bu, istərsə də digər bu qəbildən olan münaqişələrin həlli istiqamətində daha nəzərəçarpacaq irəliləyişlərin əldə edilməsinə şahid olaq”.

Azərbaycan nümayəndə heyəti üzvünün çıxışı maraqla qarşılanıb.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Əcnəbi tələbələr Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər

Qızıl medal qazanan boksçu: Rəqiblərim güclü olsa da, yarış mənim üçün yaxşı keçdi

AzTU Türkiyə universitetləri və istehsalat müəssisələri ilə əməkdaşlıq əlaqələrini genişləndirir

Azərbaycan boksçusu "Böyük İpək Yolu" turnirində qızıl medal qazanıb

BDU-da 2024-2026-cı illərdə aparılacaq elmi tədqiqat işləri müzakirə olunub

ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub

Lənkəranda baş verən qəzada 3 nəfər xəsarət alıb

Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib

Gürcüstanda ailə quranların sayı 14,5 faiz azalıb

Azərbaycanlı kinoprodüser beynəlxalq kino forumunda münsiflər heyətinə daxil edilib

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb