SİYASƏT


Rafael Hüseynov: Heydər Əliyevin atalıq qayğısını həmişə hiss etmişəm

Moskva, 10 may, AZƏRTAC

“Heydər Əliyev diqqətlə mənə baxdı və dedi: “Bilirsən, Rafael, mən hətta səni işdən azad edə də bilmirəm, çünki bizdən soruşarlar, sənin kimisini necə təyin edə bilmişik”.

AZƏRTAC xəbər verir ki, Moskvada keçirilən “Mədəniyyətlərin dialoqu və müasir dövrün çağırışları” kitabının təqdimatında çıxış edən Rusiya Jurnalistlər İttifaqının katibi Rafael Hüseynov Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb.

R.Hüseynov çox şey üçün Heydər Əliyevə borclu olduğunu vurğulayıb: “O, məni “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru təyin edib, Parisin Sorbonna Universitetində təhsilim üçün təqdimat verib. O vaxtlar bu, heç də asan deyildi, amma Heydər Əliyev təkid etdi. Bütün bunlar baş verməsəydi, həyatımın necə olacağını deyə bilmərəm. Lakin o, həyat dərsləri də verirdi. “Molodyoj Azerbaydjana” qəzetinin redaktoru olduqdan üç ay sonra birinci səhifədəki sərlövhədə “26 Bakı komissarı” yerinə “26 Bakı sanitarı” getmişdi. Onda hamı dedi ki, artıq mənim karyeram bitib. Və həmin vaxt Heydər Əliyev məni qəbul etdi, diqqətlə mənə baxdı və dedi: “Bilirsən, Rafael, mən hətta səni işdən azad edə də bilmirəm, çünki bizdən soruşarlar, sənin kimisini necə təyin edə bilmişik”. Sonra bu söhbət səmimi xarakter aldı və hətta mənə töhmət belə verilmədi. Mən Heydər Əliyevin səmimi, atalıq qayğısını həmişə hiss etmişəm. Onun şəxsən mənə verdiyi dərsləri hər zaman xatırlayacağam”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.