İDMAN


Rafael Utziq “Qəbələ”də qalacaq

Rafael Utziq “Qəbələ”də qalacaq

Bakı, 9 fevral, AZƏRTAC

“Qəbələ” klubunun braziliyalı futbolçusu Rafael Utziq komandada qalacaq.

AZƏRTAC xəbər verir ki, qış fasiləsində “Neftçi”nin maraq dairəsində olan futbolçunun paytaxt təmsilçisinə keçəcəyi gözlənilirdi. Yarımmüdafiəçinin özü ilə razılığa gələn Bakı təmsilçisi transferin baş tutması üçün “Qəbələ” ilə ortaq məxrəcə gələ bilməyib. Bu səbəbdən “Neftçi” keçidin reallaşması üçün mövsümün sonunu gözləməli olacaq.

Qeyd edək ki, R.Utziqin “Qəbələ” ilə müqaviləsi yayda başa çatır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.