ELM VƏ TƏHSİL


Raffaele Marketti: Bu layihə Azərbaycanla İtaliya arasında əlaqələri daha da genişləndirəcək

Raffaele Marketti: Bu layihə Azərbaycanla İtaliya arasında əlaqələri daha da genişləndirəcək

Bakı, 25 yanvar, AZƏRTAC

İtaliya-Azərbaycan Universitetinin italyan ali təhsil qurumları ilə birgə təklif etdiyi magistr proqramı layihəsi Azərbaycanda insan kapitalının güclənməsinə töhfə verəcək.

AZƏRTAC xəbər verir ki, bunu Luiss Universitetinin prorektoru Raffaele Marketti jurnalistlərə müsahibəsində bildirib.

“Bu layihə Azərbaycanla İtaliya arasında əlaqələri daha da genişləndirəcək. Layihəyə İtaliyanın beş aparıcı universiteti cəlb olunub. ADA Universiteti ilə həyata keçirdiyimiz bu layihə çərçivəsində magistratura pilləsində qlobal idarəçilik və siyasət ixtisası və qida sistemi üzrə menecment ixtisası tədris olunacaq. Biz İtaliyadakı ən yaxşı təcrübəmizi Azərbaycanla bölüşəcəyik”, - deyə prorektor bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.