İQTİSADİYYAT


Rafiq Cəlilov: Ölkədə ilk dəfə olaraq mülkiyyət üzrə çıxarışlar elektron formada verilir

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycanda ilk dəfə olaraq mülkiyyət üzrə çıxarışlar elektron formada verilir, prosedurlar tam olaraq elektronlaşdırılıb. Belə ki, 3 prosedur 1 addımda həyata keçirilir. Hazırda isə 8 minə yaxın elektron çıxarış sahibi var.

AZƏRTAC xəbər verir ki, bu fikirləri oktyabrın 2-də Açıq Hökumətin Təşviqinə Dair Hökumət Vətəndaş Cəmiyyəti Dialoqu Platforması çərçivəsində "Daşınmaz əmlakın qeydiyyatında şəffaflıq, əlçatanlıq və innovasiyalar" mövzusunda ictimai dialoqda Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov bildirib.

Sədr müavini qeyd edib ki, hazırda digər sahələrlə yanaşı, daşınmaz əmlak sahəsində də genişmiqyaslı işlər həyata keçirilir, qeydiyyatın sadələşdirilməsi, əlçatanlığın təmin edilməsi üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.