CƏMİYYƏT


Rafiq Həsənov: Sürüşmə kütləsinin yerdəyişməsi, ümumilikdə, sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir

Bakı, 8 mart, AZƏRTAC

Badamdar sürüşmə sahəsinə baxış keçirilib. Yanvarın 28-də orada baş vermiş sürüşmə hadisəsi nəticəsində axıb gəlmiş kütlənin təbii amillər, əsasən də son zamanlar əraziyə düşən yağıntıların təsirindən yerinin dəyişməsi qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin qrup rəhbəri Rafiq Həsənov deyib.

"Əslində sürüşmə kütləsinin yerdəyişməsi, ümumilikdə, sürüşmə prosesinin aktivləşməsi kimi qiymətləndirilməməlidir. Bu, sadəcə olaraq dayanıqlığı pozulmuş kütlənin yerdəyişməsi hesab olunur", - deyə R.Həsənov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.