ORDU
Raket və Artilleriya Qoşunları xüsusi təyinatlı qüvvələrimizin Şuşaya hücum əməliyyatını məharətlə dəstəkləyib
Bakı, 9 fevral, AZƏRTAC
Vətən müharibəsində düşmənin əməliyyat dərinliyində olan hədəflərinin hava hücumundan müdafiə vasitələrindən S-300 və S-125 divizionlarının məhv edilməsi Azərbaycan Ordusunun hava üstünlüyü əldə etməsinə şərait yaratdı. Bununla da pilotsuz uçuş aparatlarımızın uğurlu tətbiqinə nail olundu.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Ağamir Sultanov fevralın 9-da jurnalistlərə müsahibəsində deyib.
General-mayor Ağamir Sultanov bildirib ki, xüsusi təyinatlı qüvvələrimizin və motoatıcı bölmələrimizin Şuşa istiqamətində hücum əməliyyatı keçirməsi Raket və Artilleriya Qoşunlarımız tərəfindən məharətlə dəstəklənib. Şuşa şəhəri düşməndən azad edildikdən sonra Ermənistan ordusu 49-cu tank, 8-ci motoatıcı briqadalarının, 6-cı və 7-ci alayların ehtiyatlarını cəlb etməklə Xankəndidən Şuşa istiqamətinə əks-həmlə etməyə cəhd göstərib. Lakin Raket və Artilleriya Qoşunlarımızın bölmələri düşməni həmin ərazidə darmadağın edib. Düşmənin yerdə qalan qüvvələri isə qəhrəman xüsusi təyinatlılarımız və orada müdafiə