SİYASƏT


Raket və Artilleriya Qoşunlarında komanda-qərargah təlimi keçirilib VİDEO

Bakı, 28 oktyabr, AZƏRTAC

Bu ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının N hərbi hissəsində komanda-qərargah təlimi keçirilib. Plana uyğun olaraq “Həyəcan” siqnalı ilə qaldırılan bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, təlim zamanı bölmələrin cavabdehlik zonasına sızmış şərti düşmən diversiya qrupunun təxribatlarının qarşısının alınması, onların zərərsizləşdirilməsi üzrə fəaliyyətlərin planlaşdırılması və idarə olunması tapşırıqları icra olunub.

Bundan başqa, strateji əhəmiyyətə malik mövqelərin ələ keçirilməsində ümumqoşun bölmələrə atəş dəstəyi, eləcə də müxtəlif təlim-döyüş tapşırıqları yerinə yetirilib. Təlimin keçirilməsində əsas məqsəd hərbi hissənin döyüşə hazırolma vəziyyətinə gətirilməsi zamanı qərargahın fəaliyyətini və qarşılıqlı əlaqəni təkmilləşdirməkdir. Eləcə də komandirlərin döyüşdə bölmələri idarəetmə qabiliyyətini və çevik qərar qəbuletmə bacarıqlarını artırmaqdır.

Təlimdə qarşıya qoyulan bütün tapşırıqlar müvəffəqiyyətlə icra edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.