SİYASƏT


Raket və artilleriya birləşmələri praktiki atışlar icra edib VİDEO

Bakı, 13 iyun, AZƏRTAC

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, raket və artilleriya birləşmələri 122 millimetrlik yaylım atəşli reaktiv sistemləri və 152 millimetrlik toplardan döyüş atışlı məşqlər ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, təlim məşqlərində praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə olunub.

Müəyyənləşdirilmiş şərti düşmən hədəflərini məhv edən şəxsi heyətin hazırlığı, ustalığı və bacarığı komandanlıq tərəfindən yüksək qiymətləndirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.