SİYASƏT


Raket və artilleriya bölmələri döyüş atışları icra edib VİDEO

Bakı, 7 oktyabr, AZƏRTAC 

Azərbaycan Respublikası Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq, Raket və Artilleriya Qoşunlarının cəbhəboyu zonada yerləşən bölmələri iriçaplı yaylım atəşli reaktiv sistemlərdən (YARS) praktiki atışlar icra ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, eyni zamanda, səhra şəraitində müvafiq bölmələrin zabitləri ilə “Taktiki təlimlərin hazırlanması və keçirilməsi qaydaları” mövzusunda toplanış keçirilib.

Raket bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərə zərbələr endirməklə qarşıya qoyulan məqsədlərə nail olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.