SİYASƏT


Raket və artilleriya bölmələrinin taktiki təlimləri keçirilib VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC 

Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, müxtəlif təlim mərkəzlərində Raket və Artilleriya Qoşunlarının taktiki təlimləri keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bölmələrin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə gecə və gündüz vaxtlarında keçirilən təlimlərdə döyüş atışları icra olunub.

Şəxsi heyət qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.