İDMAN


Rakitiçlə Avropanın 4 klubu maraqlanır

Bakı, 23 fevral, AZƏRTAC

İspaniyanın “Barselona” futbol klubunun xorvatiyalı yarımmüdafiəçisi İvan Rakitiç Avropanın 4 klubunun diqqət mərkəzindədir.

AZƏRTAC “Mundo Deportivo” saytına istinadla xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi ilə “Paris Sen-Jermen”, "Bavariya", "İnter" və "Mançester Yunayted" maraqlanır. Rakitiçin “Barselona” ilə yeni müqavilə bağlamağı sual altındadır. “İnter” klubunun xorvatiyalı yarımmüdafiəçiyə 3 illik müqavilə və 6,5 milyon avro məvacib təklif etdiyi iddia olunur.

Hollandiyanın “Ayaks” komandasından Frenki de Yonqu heyətinə qatan “Barselona”nın Rakitiçlə müqaviləni yeniləməkdə maraqlı olmadığı söylənilir.

Qeyd edək ki, Rakitiç cari mövsümdə “Barselona”nın heyətində 34 oyunda 4 dəfə fərqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.