İDMAN


Raman Saley dünya çempionatında ikinci qızıl medalını qazanıb

Raman Saley dünya çempionatında ikinci qızıl medalını qazanıb

Bakı, 17 iyun, AZƏRTAC

Azərbaycan Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandanın üzvü, Tokio XVI Yay Paralimpiya Oyunlarının 3 qat qalibi Raman Saley Portuqaliyanın Madeyra şəhərində keçirilən paraüzgüçülük üzrə dünya çempionatının qızıl medalını qazanıb.

AZƏRTAC xəbər verir ki, o, 100 metr məsafəyə sərbəst üzmə növündə 53.07 nəticə göstərib. Bununla da, millimizin dünya çempionatında qazandığı medalların sayı 5-ə çatıb.

Qeyd edək ki, bundan əvvəl keçirilmiş yarışlarda R.Saley 1 qızıl, 2 gümüş, digər təmsilçimiz Vəli İsrafilov isə 1 qızıl medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.