CƏMİYYƏT


Ramana qəsəbə sakininin evindən heroin aşkarlanaraq götürülüb

Bakı, 2 dekabr, AZƏRTAC

Ramana qəsəbə sakini, əvvəllər məhkum olunmuş S.Mürşüdova Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun evinə baxış zamanı oradan 12 qrama yaxın heroin, metamfetamin və elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı rayon polis idarəsi tərəfindən araşdırma aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.