CƏMİYYƏT


Ramana qəsəbəsində şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə mənzillər verildi

Bakı, 14 aprel, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində daha 30 şəhid ailəsi və müharibə əlilinə mənzillər təqdim edilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov, şəhid polkovnik İlqar Mirzəyevin oğlu Elvin Mirzəyev və digər şəxslər iştirak ediblər.

Qeyd olunub ki, Prezident İlham Əliyevin 2021-ci il 25 yanvar tarixli Sərəncamı 2021-2025-ci illərdə şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə 11 min mənzil və fərdi ev verilməsini nəzərdə tutur. O cümlədən bu il üzrə də 3 minədək mənzil və fərdi ev veriləcək, onlardan artıq 260 mənzil təqdim edilib.

Ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə yüksək diqqət və qayğı göstərildiyi vurğulanıb. Bu gün həmin kateqoriyadan olan vətəndaşlara yeni mənzillərin təqdim edilməsinin də bunun bir nümunəsi olduğu bildirilib.

Şəhid ailələri və müharibə əlilləri hər zaman dövlət qayğısını hiss etdiklərini deyib, göstərilən böyük qayğıya, yeni mənzillə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Ümumilikdə indiyədək şəhid ailələrinə, müharibə əlillərinə 9460 mənzil və fərdi ev verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.