MƏDƏNİYYƏT


Ramazan Borokov: Azərbaycanda Qaraçay-Çərkəz Mədəniyyət günlərinin keçirilməsindən çox məmnunam

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycanda Qaraçay-Çərkəz Mədəniyyət günlərinin keçirilməsindən çox məmnunam.

Bu fikri AZƏRTAC-a müsahibəsində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Qaraçay-Çərkəz Mədəniyyət günlərinin bağlanış mərasimində bu ölkənin Mədəniyyət naziri Ramazan Borokov deyib.

“Tamaşaçılar bizi isti qarşıladılar. Onlar bizə yaxınlaşıb konsert proqramına görə təşəkkürlərini bildirirdilər. Mən Rusiya Federasiyasına “Rusiya xalqları mədəniyyətinin xaricdə təbliğatı” proqramına start verdiyinə görə minnətdaram. Həmçinin Qaraçay-Çərkəz Respublikasının rəhbəri Rəşid Temrezova da təşəkkürümü bildirirəm. Qafqaz böyükdür və onu hissələrə parçalamaq mümkün deyil. Bu regionda yaşayan xalqlar arasında bir bağlılıq var. Musiqidə fərqin olmasına baxmayaraq Qafqaz xalqlarının mədəniyyətə olan sevgisi hər hansı bir müxtəlifliyi eyni səviyyədə qavramağa səbəb olur. Çünki incəsənətin dili birdir. Yaxşı bir mahnını, rəqsi və ya poeziyanı hamı anlayır. Bu, hər bir millətin mənəvi zənginliyidir, onun sərvətidir”, -deyə R.Borokov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.