REGİONLAR


Ramazan ayının başlanması ilə əlaqədar Lənkəranda videokonfrans keçirilib

Lənkəran, 14 aprel, Bağır Əliyev, AZƏRTAC

Ramazan ayının başlanması ilə əlaqədar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərən dini icma sədrləri və din xadimlərinin iştirakı ilə videokonfrans keçirilib.

Videokonfransda DQİDK-nin Lənkəran bölgəsi üzrə şöbəsinin müdiri Qağayı Məmmədov, şöbənin müdir müavini Anar Kərimov, Lənkəran Şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Cavad Miriyev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, videokonfransda qeyd olunub ki, Azərbaycan ərazisində təzə Ay (hilal) aprelin 13-də göründüyündən Ramazan ayının 1-i 2021-ci il 14 aprel tarixindən başlayır. Ramazan təqviminə əsasən, ilk Əhya gecəsi mayın 1-nə, ikinci Əhya gecəsi mayın 3-nə, üçüncü Əhya gecəsi mayın 5-nə, sonuncu Əhya gecəsi isə mayın 9-na təsadüf edəcək. Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir. Şəvval ayının 1-i (13 may) Fitr bayramıdır.

Çıxışlar zamanı Ramazan ayı ilə bağlı din xadimlərinə tövsiyələr verilib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının Ramazan ayı ilə bağlı fətvası və Nazirlər Kabineti yanında fəaliyyət göstərən Operativ Qərargahın qərarlarına əməl edilməsinin vacibliyi diqqətə çatdırılıb.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.