İQTİSADİYYAT
Ramazan bayramı günlərində “Azərsu” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək
Bakı, 5 iyul, Elvin Camalov, AZƏRTAC
“Azərsu” ASC Ramazan bayramı günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu barədə “Azərsu” ASC mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.
O bildirib ki, ASC-də növbətçilik rejimi tətbiq edilib. Bayram günlərində ASC-nin sədr müavinləri, departament müdirləri və şöbə rəisləri səviyyəsində 24 saat iş rejimi tətbiq olunacaq. Heç bir planlı fasilə olmayacaq.
A.Cəbrayıllı qeyd edib ki, eyni zamanda növbətçilik baş idarəsi, rayon su kanal idarələri, qəza briqadası və zəng mərkəzi 24 saat əhalinin xidmətində olacaq. Su ilə bağlı hər hansı bir problem olduğu halda əhalidən “Azərsu”ya məlumat vermələri xahiş olunur.