CƏMİYYƏT


Ramazan bayramı ilə əlaqədar may ayı üzrə pensiyaların ödənişi vaxtından əvvəl başa çatdırılıb

Bakı, 8 may, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu may ayı üzrə pensiyaların ödənişini qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar vaxtından əvvəl başa çatdırıb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslər də daxil olmaqla, respublika üzrə bütün pensiyaların ödənişi tam yekunlaşıb.

Vətəndaşlar pensiyalarını onlara verilmiş kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.