CƏMİYYƏT
Ramazan bayramı münasibətilə Dövlət Miqrasiya Xidməti yardım aksiyası həyata keçirib
Bakı, 12 may, AZƏRTAC
Müqəddəs Ramazan bayramı ilə əlaqədar Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qaçqın statusu əsasında yaşayan və BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsində olan 100-ə yaxın ailəyə bayram sovqatı paylanıb.
Xidmətdən AZƏRTAC-a bildirilib ki, yardım aksiyası pandemiya qaydalarına uyğun şəkildə, sosial izolyasiya tədbirlərinə riayət olunmaqla həyata keçirilib. Dövlət Miqrasiya Xidməti tərəfindən hər zaman qayğı ilə əhatə olunduqlarını, pandemiya dövründə xüsusilə diqqətdə saxlanıldıqlarını bildirən ailələr minnətdarlıqlarını ifadə ediblər.