REGİONLAR


Ramazan bayramı münasibətilə Mingəçevir Dövlət Universitetinin bir qrup əməkdaşı ziyarət edilib

Bakı, 9 may, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) üzvləri Ramazan bayramı münasibətilə MDU-nun bir qrup əməkdaşını ailələrində ziyarət ediblər.

Universitetdən AZƏRTAC-a bildirilib ki, ömürlərinin böyük hissəsini MDU-nun uğurlarına sərf etmiş Ofeliya Məmmədova, Solmaz Əliyeva, Əbülfət Ədilov və digər əməkdaşlarla görüşən HİK üzvləri onları qarşıdan gələn Ramazan bayramı münasibətilə MDU-nun rektoru Şahin Bayramovun və bütün kollektivin adından təbrik ediblər.

MDU əməkdaşları göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və universitetin kollektivinə təşəkkür ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.