MƏDƏNİYYƏT


Ramil Ələkbərov: Hazırda “Azərbaycanfilm” kinostudiyasında paralel olaraq bir neçə filmin istehsalı aparılır

Bakı, 10 avqust, Emil Məlikov, AZƏRTAC

Bildiyiniz kimi 2023-cü ildə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının 100 illiyi tamam olur. Bu münasibətlə davamlı tədbirlər planı hazırlanır. “Azərbaycanfilm”in indiyə qədər istehsal etdiyi filmlərin bərpası, təbliği və yeni filmlərin istehsalı nəzərdə tutulur. Bugünlərdə kinostudiyanın yeni loqosu və saytı geniş ictimaiyyətə təqdim edildi. Həmçinin Qarabağ mövzusunda olan tammetrajlı filmlərin ssenari müsabiqəsinin nəticələri də elan olundu. Bundan əlavə müsabiqədə ilk üçlüyə düşən maraqlı ssenarilər üzərində işlər, eyni zamanda həmin ssenarilərin müəllifləri ilə danışıqlar aparılacaq. Həmin ssenarilərin müştərək istehsalı ilə bağlı fəaliyyətlər nəzərdə tutulub. Hazırda “Azərbaycanfilm” kinostudiyasında paralel olaraq bir neçə filmin istehsalı aparılır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Azərbaycanfilm” kinostudiyasının mətbuat xidmətinin rəhbəri Ramil Ələkbərov bildirib.

Hazırlıq prosesində olan “Mehmandarovlar” bədii-sənədli filminin Mehmandarovun nəslindən bəhs etdiyini bildirən R.Ələkbərov deyib: “Ekran əsərinin rejissoru, Əməkdar incəsənət xadimi Yavər Rzayev, ssenari müəllifi isə tanınmış tədqiqatçı-alim Vasif Quliyevdir. Həmin filmdə Mehmandarovlar nəslinin Azərbaycan tarixindəki yeri barədə məlumat verilir. Hazırda həmin nəslin davamçıları ilə görüşlər keçirilib. Rejissor Y.Rzayev bu filmi də digər sənədli filmləri kimi maraqlı üslubda hazırlamaq niyyətindədir. Belə ki, Mehmandarovlar nəslinin bir nümayəndəsi qəhrəman olaraq seçiləcək və həmin qəhrəman vasitəsilə paralel olaraq şəcərənin yaşadığı dövrdə Azərbaycan tarixinin bəzi məqamlarından söhbət açılacaq. Filmin Şuşadakı Mehmandarovlar malikanəsində aparılan çəkilişləri artıq yekunlaşıb. Bakıdakı pavilyon çəkilişləri də artıq yekunlaşmaq üzrədir. Yaxın iki ay ərzində filmin geniş ictimaiyyətə təqdim olunması nəzərdə tutulur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.