İDMAN


Ramil Quliyev Avropa və ABŞ yığmaları arasında keçirilən atletika yarışlarında birinci olub

Bakı, 11 sentyabr, AZƏRTAC

Sentyabrın 10-da Belarusun paytaxtı Minskdə atletika üzrə Avropa və ABŞ yığmaları arasında keçirilən yarışlarda Türkiyə yığmasının azərbaycanlı atleti, dünya və Avropa çempionu Ramil Quliyev 200 metr məsafəyə qaçış yarışı üzrə birinci olub.

AZƏRTAC xəbər verir ki, Türkiyə təmsilçisi 20,16 saniyə nəticə göstərərək yarışda bütün rəqiblərini qabaqlayıb.

Atletika yarışları “Dinamo” Milli Olimpiya Stadionunda keçirilib. Görüşdə 300 idmançı 30-dan çox idman növü üzrə mübarizə aparıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.